Ardıcıl 7-ci dəfə avrokubokların qrup mərhələsində çıxış edəcək "Qarabağ"ın rəqiblərindən biri də "Sivasspor"dur. Tarixində ilk dəfə avrokuboklarda Türkiyə təmsilçisi ilə qarşılaşacaq "Qarabağ" üçün təbii ki, bu əlamətdar hadisədir. Elə Türkiyə mətbuatı da Ağdam təmsilçisinə xüsusi diqqət ayırırır. Bu günlərdə "Qarabağ"ın baş direktoru qardaş ölkə mətbuatına qarşıdakı görüş haqda açıqlama verib. Çəlikəl "Sivasspor"la qarşılaşacaqlarına görə şad olduqlarını bildirib: ""Sivasspor" ilə qarşılaşmaq bizi çox sevindirir. İki qardaş ölkənin iki qardaş komandası üz-üzə gələcək. Baş verən hadisələr səbəbindən belə bir oyun bizim üçün motivasiya olacaq".
Çəlikəl hər iki oyunda azarkeşlərin tribunada yer almasını da arzuladıqlarını söyləyib: ""Amma təbii ki, sağlamlıq hər şeydən önəmlidir. Futbol azarkeşlər üçün oynanılır. Bunu qeyd etmək lazımdır. Daxili çempionatda 1 oyun az keçirməklə 6-cı sıradayıq. Hədəfimiz son 7 mövsümdə olduğu kimi, çempionluqdur".